TƏCİLİ! Ukraynanın taxıl koridoru DAYANDI: Qlobal treyderlər çəkildi, gəmilər imtina edir

TƏCİLİ! Ukraynanın taxıl koridoru DAYANDI: Qlobal treyderlər çəkildi, gəmilər imtina edir
21.07.2026 11:38 Dünya

Qara dənizdə hərbi-iqtisadi böhran təhlükəli həddə çatıb.

TodayPress TV  xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın  hücumlarından sonra Ukrayna özünün əsas dəniz ixrac şəbəkəsini faktiki olaraq itirib.

Məlumata görə, iri taxıl treyderləri Qara dənizdən satınalmaları dayandırdıqlarını bəyan ediblər.

Əsas terminalların fəaliyyətini dayandırması nəticəsində ölkə daxilində buğda və qarğıdalının qiymətləri sürətlə ucuzlaşır.

Qeyd edilir ki, məhsul yığımı mövsümünün ortasında dəniz yolunun bağlanması Ukrayna büdcəsini hər ay təxminən 1 milyard dollarlıq gəlirdən məhrum edir.

Jalə Rövşən 


XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər