Tayvanda insanlar təxliyə edildi

Tayvanda insanlar təxliyə edildi
13.08.2025 12:17 Dünya

Tayvanda Podul tayfunu səbəbindən ölkənin cənub və şərq bölgələrində minlərlə insan təhlükəsizlik üçün təxliyə edilib.

TodayPress TV xəbər verir ki, tayfunun adaya çatması gözlənilir və yaxın günlərdə cənuba 600 millimetrədək yağış gətirəcəyi proqnozlaşdırılır.

Kaohsiung və Tainan kimi böyük şəhərlərdə məktəblər və iş yerləri bağlanacaq.

Tayfun səbəbindən bütün daxili uçuşlar dayandırılıb, bəzi beynəlxalq uçuşlar da ləğv olunub. Podulun həftə sonunda Tayvanın qərb sahilindən Çin tərəfə hərəkət edəcəyi gözlənilir.

Qeyd olunur ki, Tayvanın şərq sahillərində tayfunlar tez-tez baş verir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər