Tayvan müdafiə sistemini gücləndirir
Tayvanın Baş naziri Uilyam Lai hökumətin Çinin artan hərbi təhdidlərinə cavab olaraq günbəz formalı hava hücumundan müdafiə sistemi quracağını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Lai Çinin adını birbaşa çəkməsə də, Pekin Tayvanı öz ərazisi hesab edir və adanı ələ keçirmək üçün güc tətbiqini istisna etmir.
Baş nazir qeyd edib ki, müdafiə xərclərinin artırılmasına ehtiyac var, çünki Çin son vaxtlar Tayvan ətrafında daha çox hərbi fəaliyyət göstərir.
Tayvan hökuməti müdafiə xərclərini gələn il ÜDM-in 3%-dən çoxuna, 2030-cu ilə qədər isə 5%-ə çatdırmağı planlaşdırır.
Türkan İsgəndərli