Tatarıstanda qayıq aşıb, ölənlər var

Tatarıstanda qayıq aşıb, ölənlər var
12.09.2025 14:41 Dünya

Tatarıstanın Zelenodolsk vilayətində ad günü şənliyi zamanı qayığın aşması nəticəsində üç nəfər ölüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Telegram-kanal 112” məlumat yayıb.

Belə ki, ilkin məlumata görə, qayıqda yeddi nəfər olub.

“Sərnişinlər arasında hamilə qadın da olub", - nəşr yazır.

Rusiya İstintaq Komitəsi və prokurorluğu hadisənin bütün hallarını müəyyənləşdirdiyini bildirir.

Yaralıların vəziyyəti stabildir.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər