Tatarıstanda nadir dəri qaçaqmalçıları tutuldu

Dünya

06.11.2025 18:30

Tatarıstanda gömrükçülər saxta sənədlərlə nadir heyvan dərisindən hazırlanmış məhsulların ölkəyə keçirilməsinin qarşısını alıblar.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Federal Gömrük Xidmətinin məlumatına görə, İstanbuldan gələn 39 yaşlı sərnişinin baqajında piton, timsah, kərtənkələ və digər nadir sürünənlərin dərisindən hazırlanmış cüzdan, pul kisəsi və çantalar olmaqla ümumilikdə 612 ədəd məhsul aşkarlanıb.

Əşyaların ümumi dəyəri təxminən 2 milyon rubl qiymətləndirilib. Sərnişin gömrükçülərə idxala icazə verən CITES sertifikatı təqdim etsə də, yoxlama zamanı sənədin saxta olduğu müəyyən edilib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 226.1-ci maddəsi üzrə cinayət işi açılıb. Şəxsi beş ilədək həbs və ya 1 milyon rubladək cərimə gözləyir.

Qeyd edək ki, bundan əvvəl bir qadın Rusiyaya 6 milyon rubl dəyərində üzüyü qanunsuz keçirməyə çalışarkən saxlanılmışdı.

Jalə Rövşən

TodayPress TV

tag: Tatarıstan, Gömrük,Qaçaqmalçılıq ,Federal Gömrük Xidməti,Todaypress.tv,