Taliban ABŞ-yə ilk addımı atdı: “Kabula qayıdın”
Taliban ABŞ-yə müraciət edərək Kabuldakı səfirliyini yenidən açmağa və Əfqanıstanın iqtisadi inkişafına sərmayə qoymağa çağırıb.
TodayPress TV xəbər verir ki, Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi bildirib ki, “müharibə səhifəsi artıq bağlanıb” və indi ABŞ ilə qarşılıqlı hörmətə əsaslanan yeni münasibətlərin qurulmasını istəyirlər.
O, ABŞ-nin Kabuldakı səfirliyini yenidən açmasını, diplomatik fəaliyyətini bərpa etməsini və Əfqanıstanın iqtisadi inkişafına investisiya yatırmasını təklif edib.
Kübra Musayeva