Tailandda bazara silahlı hücum edildi, ölən və yaralananlar var
Tailandın paytaxtı Banqkokda yerləşən Or Tor Kor bazarına silahlı hücum edilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Tailand polisi hadisə ilə bağlı verdiyi açıqlamada bildirib ki, Chatuchak bölgəsindəki bazarda silahlı şəxs ətrafa atəş açıb. Hücum zamanı 3 təhlükəsizlik əməkdaşı və bir satıcı həyatını itirib, daha 2 nəfər isə yaralanıb.
Məlumata görə, hücum edən şəxs daha sonra silahı özünə çevirərək intihar edib.
Hadisə ilə bağlı istintaq başladılıb.
Töhfə Səməd