Tailand və Kamboca sərhədində toqquşmalar yenidən başladı
Kamboca tərəfi sərhəddə döyüşlərin yenidən başladığına görə ordu komandanlarının Tailandla görüşünü təxirə salıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Thai PBS” məlumat yayıb.
“Kamboca 2 dəfə Tailand və Kamboca hərbi dairə komandirlərinin saat 07:00-a (Bakı vaxtı ilə 04:00) planlaşdırılan görüşünü təxirə salıb”, - deyə nəşr bildirib.
Qeyd olunub ki, tərəflər arasındakı qarşıdurmalar səhər saatlarında yenidən başlayıb.
Aysel Mətləb