Svanadze milli komandaya gətirildi, ölkədə həbslər başladı - Gürcüstan yenə çalxalanır

Svanadze milli komandaya gətirildi, ölkədə həbslər başladı - Gürcüstan yenə çalxalanır
26.09.2026 16:38 Dünya

Ötən həftə Gürcüstan mediası əsasən beynəlxalq diplomatik fəaliyyətlər, idman yenilikləri və ölkədaxili hadisələri işıqlandırıb.

TodayPress TV xəbər verir ki, Baş nazir İrakli Kobaxidze BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda səfərdə olub. 

O, Avropa Şurasının baş katibi Alan Berse ilə görüşüb, tərəflər gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Kobaxidze yüksək səviyyəli panel çıxışında Gürcüstanın BMT Nizamnaməsinə və beynəlxalq qaydalara sadiqliyini bir daha təsdiqləyib. Xarici işlər naziri Maka Boçorişvili isə Krım Beynəlxalq Platformasının sammitində iştirak edərək Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi yenidən bəyan edib.

İdman sahəsində mühüm dəyişiklik baş verib. Gürcüstan milli futbol komandasının baş məşqçisi vəzifəsinə Ramaz Svanadze təyin olunub. O, fransız mütəxəssis Villi Sanyolun yerinə gəlib və 2028-ci ilin sonunadək komandaya rəhbərlik edəcək.

Müdafiə Nazirliyi Muxrovanıda beynəlxalq snayper kursunun başa çatdığını, həmçinin hərbi ruhani gününün qeyd olunduğunu bildirib. ABŞ-ın müdafiə nazirinin köməkçisinin müavini ilə görüşlər keçirilib. 27 sentyabrda Suxuminin düşməsi günü ilə əlaqədar nazirlik binasında dövlət bayrağı endirilib.

Ölkədaxili xəbərlərdə isə müxtəlif hadisələr yer alıb. Daxili İşlər Nazirliyi bir sıra həbslər və cinayət faktları barədə məlumat verib. Samtrediada qatar qəzasında bir oğlan həlak olub, Qudauridə yük maşını qəzası nəticəsində iki nəfər xəsarət alıb. Kaxetidə narkotik maddə ələ keçirilib. Gürcü Pravoslav Kilsəsi ilə Azərbaycan arasında Qax rayonundakı kilsə ətrafında aparılan işlərlə bağlı gərginlik yaranıb. Media həmçinin keçmiş baş nazir İrakli Qaribaşvilinin həbsdən yazdığı məktubları və digər siyasi mövzuları da işıqlandırıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
27 SENTYABR 2026
Bütün Xəbərlər