Suriyada kimyəvi hücumun əsas fiqurlarından biri saxlanıldı

Dünya

30.04.2026 02:00

Suriyada 2013-cü ildə Şərqi Ğuta bölgəsində kimyəvi hücumla əlaqəli olduğu güman edilən general-mayor Adnan Abbud Halvan saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Suriyanın daxili işlər naziri Ənəs Xəttab məlumat verib.

Nazir açıqlamasında hücumun əsas fiqurlarından biri hesab edilən general-mayor Halvanın Terrorla Mübarizə İdarəsi tərəfindən saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, 2013-cü ildə paytaxt Dəməşqin bir bölgəsi olan Şərqi Ğutada baş verən kimyəvi hücum yüzlərlə mülki şəxsin ölümünə səbəb olmuşdu.

TodayPress TV

tag: Suriya, Silahlı, Hücum, todaypress.tv,