Suriya qüvvələri Suveyda bölgəsindən geri çəkildi

Suriya qüvvələri Suveyda bölgəsindən geri çəkildi
17.07.2025 11:32 Dünya

Suriyada daxili münaqişəni izləyən beynəlxalq təşkilatların və yerli şahidlərin məlumatına görə, Suriya hökumət qüvvələri druzilərin çoxluq təşkil etdiyi Əs-Süveyda bölgəsindən geri çəkilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Bildirilib ki, həftəsonu baş vermiş toqquşmalarda 350-dən çox insan həlak olub. Əraziyə nəzarətlə bağlı gərginliyin hələ də davam etdiyi diqqətə çatdırılıb. Hadisə ilə bağlı rəsmi Dəməşqdən hələlik açıqlama verilməyib.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər