Suriya hava qüvvələrini bərpa edir, İsrailin narahatlığı artır
İsrail Suriyanın Hərbi Hava Qüvvələrinin bərpasından narahatdır.
TodayPress TV xəbər verir ki, bu barədə "KAN" İsrail kəşfiyyatının hesabatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, Dəməşq Suriya Hərbi Hava Qüvvələrinin potensialını sistemli şəkildə bərpa edir - yeni pilotlar cəlb edir və intensiv təlim uçuşları keçirir.
Qeyd olunur ki, Suriyanın şimalında döyüş təyyarələrinin iştirakı ilə ilk dəfə genişmiqyaslı təlimlər keçirilib.
Bununla yanaşı, israilli ekspertlər hesab edirlər ki, Türkiyənin ölkənin şimalında artan hərbi mövcudluğu İsrailin Suriya ərazisinə hava zərbələri endirmək imkanları üçün təhdid yaradır.