Sudan ABŞ-nin atəşkəs təklifi ilə razılaşdı

Sudan ABŞ-nin atəşkəs təklifi ilə razılaşdı
06.11.2025 20:40 Dünya

Sudanda “Çevik Dəstək Qüvvələri” paramilitar qruplaşması ABŞ tərəfindən təklif edilən humanitar atəşkəsə razılıq verib.

TodayPress TV xəbər verir ki, bu barədə “Al Arabiyya” kanalı məlumat yayıb.

Qeyd edək ki, Sudanda 2023-cü ilin aprelindən bəri Sudan ordusu və “Çevik Dəstək Qüvvələri” arasında münaqişə davam edir.

Həmin vaxt onların hərbi qüvvələrin inteqrasiya edilməsi ilə bağlı planlarla bağlı fikir ayrılığı yaşadığı bildirilmişdi.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər