Stubb: "Soyuq Müharibədən bəri ən güclü NATO yaradılır"
Dünya
21.01.2026 21:43
Finlandiya Prezidenti Aleksandr Stubb Davosda keçirilən Dünya İqtisadi Forumunda Avropada Soyuq Müharibənin sonundan bəri ən güclü NATO-nun yaradıldığını bildirib.
TodayPress TV xəbər verir ki, "Helsingin Sanomet" məlumat yayıb.
Stubb qeyd edib ki, NATO Avropa təhlükəsizliyinin təməl daşı olaraq qalacaq və Avropa ABŞ-nin iştirakı olmadan da özünü müdafiə edə biləcək. O, həmçinin Arktika bölgəsindəki vəziyyəti müzakirə etmək və Qrenlandiya məsələsini “deeskalasiya etmək” üçün NATO sammitinin keçirilməsinə çağırıb. Finlandiya prezidentinə görə, Qrenlandiya böhranı “həftənin sonuna qədər” həll edilə bilər.
19 yanvarda Politico qəzeti yazıb ki, NATO-nun rolu bəzi Avropa rəsmiləri tərəfindən şübhə altında qiymətləndirilir və onlar ABŞ-siz yeni ittifaq üçün “könüllülərin koalisiyası” ideyasını əsas kimi görürlər.
Türkan İsgəndərli
tag: Finlandiya,Stubb,NATO,Soyuq Müharibə,Todaypress.tv,
