Stolüstü oyunlar azyaşlı uşaqlarda riyazi bacarıqları artırır

Dünya

17.01.2026 19:30

Stolüstü oyunlar azyaşlı uşaqlarda əsas riyazi bacarıqların inkişafına əhəmiyyətli dərəcədə töhfə verir.

TodayPress TV xəbər verir ki, bu barədə “HEDCO” İnstitutunun hesabatında məlumat verilib.

Bildirilib ki, fiqurların düz, nömrələnmiş xətt üzrə hərəkət etdiyi ədədi stolüstü oyunlar kiçik yaşlardan ikinci sinifə qədər olan uşaqların riyazi bacarıqlarını yüksək dərəcədə yaxşılaşdırır. 

Hesabata görə, hətta bir neçə 10 dəqiqəlik oyun seansı belə uzunmüddətli fayda verə bilər. Araşdırma çərçivəsində uşaqlarda ədədlərlə bağlı stolüstü oyunların təsirini öyrənən tədqiqatlar sistemli şəkildə təhlil edilib.

Araşdırma göstərir ki, xətti ədədlərdən istifadə olunan stolüstü oyunlarla qısa müddətli məşğələlər sayma, ədədləri tanıma və miqdarı anlama kimi əsas riyazi bacarıqları ciddi şəkildə inkişaf etdirir.

Aysel Mətləb

tag: Stolüstü ,Oyun,Uşaq,Riyazi,Todaypress.tv,