Starmerin Aparat rəhbəri Epşteynə görə istefa verdi

Dünya

08.02.2026 19:35

Böyük Britaniyanın Baş naziri Kir Starmerin Aparat rəhbəri Morqan Maksuini pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynlə dostluq etmiş Piter Mandelsonun ABŞ-yə səfir təyin edilməsi ətrafında yaranmış qalmaqalla əlaqədar istefa verib.

TodayPress TV   xəbər verir ki, bu haqda  “Sky News” telekanalı məlumat yayıb.

Morqan Maksuini bəyanatında  bildirib ki, vəziyyəti diqqətlə nəzərdən keçirdikdən sonra hökumətdən getmək qərarına gəlib: “Piter Mandelsonun səfir təyin edilməsi səhv qərar idi. O, bizim Leyborist Partiyamıza və ölkəmizə zərər vurdu, ümumiyyətlə siyasətçilərə olan etimadı sarsıtdı. Mənə müraciət edildikdən sonra bu təyinatın həyata keçirilməsini Baş nazirə tövsiyə etmişdim. Bu tövsiyəyə görə bütün məsuliyyəti öz üzərimə götürürəm”.  

Jalə Rövşən 

TodayPress TV  

tag: Morqan Maksuini,ABŞ,Ceffri Epşteyn,Kir Starmer,Todaypress.tv,