SON DƏQİQƏ! Tramp NATO-ya ultimatum verdi: "Dəstək verməsəniz..."
Dünya
10.04.2026 09:43
ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərini Hörmüz boğazı ilə bağlı təcili tədbirlər görməyə çağırıb.
TodayPress TV CNN-ə istinadən xəbər verir ki, bu çağırış Trampın NATO-nun baş katibi Mark Rutte ilə görüşündən sonra səsləndirilib.
Məlumata görə, Vaşinqton artıq bir neçə gündür ki, alyans ölkələrinin Hörmüz boğazında təhlükəsizlik məsələlərinə qoşulmasını istəyir.
Diplomatların sözlərinə görə, bu məsələ həm ABŞ, həm də Avropa üçün təcili əhəmiyyət daşıyır:
“Biz bu boğazın bağlanması ilə razılaşa bilmərik. O, açıq olmalıdır”.
Qeyd olunur ki, görüş zamanı Rutte ABŞ və İsrailin İrana qarşı əməliyyatının NATO ölkələri üçün gözlənilməz olduğunu da bildirib.
Buna baxmayaraq, Donald Tramp alyansa qarşı tənqidlərini davam etdirərək müttəfiqlərin ABŞ-yə lazımi dəstəyi göstərmədiyini vurğulayıb.
Qiymət Mahir
tag: ABŞ ,Donald Tramp,NATO,Tramp,TodayPress TV,
