SON AN: İran xalqı körpülərə, elektrik stansiyalarına canlı sipər çəkib, bombaların endirilməsini gözləyir

Dünya

07.04.2026 21:18

İranda gərginlik pik həddə çatıb, rəsmi dairələr və dövlət mediası vətəndaşları strateji obyektlər ətrafına toplaşmağa çağırıb.

TodayPress TV xəbər verir ki, İranın Gənclər və İdman Nazirliyinin müavini Alireza Rahimi, eləcə də dövlət televiziyası "IRIB" gənclərə, idmançılara, sənətçilərə və tələbələrə müraciət edərək nüvə və elektrik stansiyaları, həmçinin bəzi körpülər ətrafında zəncirvari insan sipəri yaratmağa çağırıb.

Bu çağırış ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı ultimatumu və mümkün hava zərbələri barədə iddiaları fonunda səsləndirilib.

Hazırda sosial şəbəkələrdə yayılan görüntülərdə insanların körpülər və enerji obyektləri ətrafında toplaşaraq “canlı qalxan” yaratdığı iddia olunur.

Bildirilir ki, onlar mümkün bombardmanı gözləyirlər.

Aysel Mətləb

TodayPress TV

tag: İran,Son dəqiqə,Donald Tramp,Hörmüz boğazı,TodayPress TV,