Somalidə partlayış: 11 nəfər öldü

Somalidə partlayış: 11 nəfər öldü
18.05.2025 14:40 Dünya

Moqadişoda hərbi xidmət mərkəzi yaxınlığında baş verən partlayışda azı 11 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Somali TV məlumat yayıb.

İnsident Damaanyo hərbi bazasında Somali Milli Ordusuna işə qəbul zamanı baş verib. Dalsan radiostansiyası partlayışın kamikadze hücumu olduğunu bildirir. Şahidlərin sözlərinə görə, yaralılar təcili yardım gələnədək motorlu rikşalarla yaxınlıqdakı xəstəxanalara aparılıb.

Hadisəyə görə hələlik heç bir qrup məsuliyyəti üzərinə götürməyib. Təhlükəsizlik qüvvələri kamikadzenin necə təhlükəsiz əraziyə daxil olduğunu araşdırır və hadisə baş verən ərazini mühasirəyə alıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər