ŞOK! Bir ailənin 11 üzvünə ölüm hökmü çıxarıldı
Dünya
29.01.2026 14:56
Çin hakimiyyət orqanlarının Myanmada saxtakarlıq mərkəzləri şəbəkəsini idarə etdiyini iddia etdiyi ailənin 11 üzvünə ölüm hökmü çıxarıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Bildirilib ki, məhkəmə təqsirləndirilən şəxsləri qətl, qanunsuz həbs və dələduzluqda təqsirli bilib.
Məlumata görə, ailə Çinlə sərhəddə yerləşən Kokanq Muxtar Bölgəsindəki Laukkainq şəhərini idarə edən çoxsaylı klan qruplarından biri olub.
Şəhər qumar və fahişəlik mərkəzi kimi tanınıb. Klan lideri, Myanma parlamentinin keçmiş üzvü Min Xueçanq, Laukkainqin ən böyük saxtakarlıq mərkəzlərindən biri olan “Crouching Tiger Villa” kompleksinə rəhbərlik edirmiş.
Çin mediasının məlumatına görə, fəaliyyətlərinin zirvəsində ailə ən azı 10.000 insanı fırıldaqçılıq və digər cinayətlər törətmək üçün cəlb edib.
Aysel Mətləb
tag: Çin,Saxtakarlıq,Ölüm,Hökm,Todaypress.tv,
