Şmıqal estoniyalı həmkarı ilə görüşdü

Şmıqal estoniyalı həmkarı ilə görüşdü
14.09.2025 19:50 Dünya

Ukraynanın müdafiə naziri Denis Şmıqal Kiyevdə Estoniyanın müdafiə naziri Hanno Pevkurla görüşüb. 

TodayPress TV xəbər verir ki, bu barədə nazir özünün rəsmi "Telegram" kanalında məlumat yayıb.

Nazir qeyd edib ki, Estoniya Ukraynanın ən etibarlı müttəfiqlərindən biridir və göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə müdafiə sahəsində əməkdaşlıq, Estoniyanın beynəlxalq layihələrdə iştirakı, Ukrayna ordusunun rəqəmsallaşdırılmasını dəstəkləyən İT koalisiyasında Tallinin rolu və estoniyalı mütəxəssislərin ukraynalı hərbçilərin hazırlığına töhfəsi müzakirə olunub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər