Slovakiyada təyyarə qəzası- Pilot həlak oldu
Slovakiyada idman təyyarəsi "WT9 Dynamic" qəza törədib.
TodayPress TV xəbər verir ki, bu barədə Slovakiya mediası məlumat yayıb.
Məlumata əsasən, təyyarə hələlik məlum olmayan səbəblərə görə Priyevidza şəhəri yaxınlığında meşəyə düşüb.
Hadisə nəticəsində pilot həlak olub.
Aynur TAC