Şimali Koreyanın raket buraxılışının təfərrüatları açıqlandı

Dünya

27.01.2026 12:26

Koreya Xalq Demokratik Respublikası yanvarın 27-də Yapon dənizinə bir neçə raket atıb.

TodayPress TV xəbər verir ki, bu barədə Yaponiyanın "Kyodo" xəbər agentliyi hökumət mənbələrinə istinadən məlumat yayıb. 

Agentliyin məlumatına görə, atılan raketlərin ballistik raketlər olduğu güman edilir və onlar Yapon dənizindəki iqtisadi zonadan kənara düşüb.

Bildirilib ki, Yaponiya Sahil Mühafizəsi əvvəllər bölgədəki gəmilərə raket atışları barədə xəbərdarlıq edib və ictimaiyyəti mümkün dağıntılardan qaçınmağa və onları aşkar etdikləri təqdirdə dərhal səlahiyyətlilərə məlumat verməyə çağırıb. Hadisə nəticəsində xəsarət alan və ya dağıntı barədə məlumat verilməyib.

Qeyd edilib ki, Yaponiya Müdafiə Nazirliyi və Baş nazir Sanae Takaiçinin ofisi hazırda buraxılış məlumatları toplayır və təhlil edir.

Aysel Mətləb

TodayPress TV

tag: Koreya,Yapon ,Raket,Buraxılış,Todaypress.tv,