Bermuddan uçan təyyarə anidən itdi: Göyərtədə olan 6 nəfərə nə oldu?
ABŞ Sahil Mühafizəsi Nantaket adası sahillərində göyərtəsində altı nəfər olan təyyarənin axtarışını aparır.
TodayPress TV xəbər verir ki, bu barədə qurum "X" sosial şəbəkəsində paylaşım edib.
"Sahil Mühafizəsi göyərtəsində altı nəfərin olduğu "Gulfstream" təyyarəsinin axtarışını aparır. ABŞ Federal Aviasiya İdarəsi şənbə günü (3 oktyabr - red.) səhər hava gəmisi ilə əlaqənin kəsildiyini bildirib. Axtarışlar Nantaket sahillərində aparılır", - deyə qeyd olunub.
Məlumata görə, təyyarə Bermud adaları ərazisindən Bostona uçurdu.
Aysel Mətləb