İsrail ordusu Suriya məhəllələrini ATƏŞƏ TUTDU

İsrail ordusu Suriya məhəllələrini ATƏŞƏ TUTDU
03.10.2026 19:01 Dünya

İsrail hərbçiləri Suriyanın cənubundakı Əl-Quneytra əyalətində yaşayış məntəqəsinə daxil olaraq yaşayış məhəllələri istiqamətində atəş açıblar.

TodayPress TV xəbər verir ki, bu barədə Suriyanın "Al Ekhbariya" telekanalı məlumat yayıb.

"İsrailə məxsus iki tank və bir neçə hərbi texnika Əl-Quneytra əyalətinin cənubundakı Seydə əl-Xanut kəndindən qərbə doğru irəliləyərək yaşayış məhəllələrinə nizamsız atəş açıb", - deyə bildirilib.

Telekanalın məlumatına görə, İsrail artilleriyası ərəb respublikasının cənubundakı Dəraa əyalətinin qərb hissəsində yerləşən Maariya yaşayış məntəqəsinin ətrafını da atəşə tutub.

Aysel Mətləb

XƏBƏR LENTİ
03 OKTYABR 2026
Bütün Xəbərlər