Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı

Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı
20.08.2026 14:16 Dünya

Şimali Koreya Yapon dənizinə təxminən 10 qısa mənzilli ballistik raket buraxıb.

TodayPress TV xəbər verir ki, bu barədə "News1" məlumat yayıb.

Bildirilir ki, raketlər Pxenyanın kənarından atılıb. Cənubi Koreya tərəfi ordunun yüksək hazırlıq vəziyyətində olduğunu və Şimali Koreyanın mümkün yeni raket buraxılışlarını izlədiyini açıqlayıb.

Mütəxəssislər buraxılan raketlərin texniki xüsusiyyətlərini və uçuş məsafəsini araşdırır. Hadisədən sonra Seul və Vaşinqton raketlərlə bağlı kəşfiyyat məlumatlarının mübadiləsini gücləndirib.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı — 1
XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər