Şimali Koreya qitələrarası ballistik raketini nümayiş etdirdi

Şimali Koreya qitələrarası ballistik raketini nümayiş etdirdi
11.10.2025 12:15 Dünya

Şimali Koreyada hərbi parad keçirilib.

TodayPress TV “Reuters“ə istinadən xəbər verir ki, paytaxt Pxenyanda keçirilən paradda Şimali Koreya Lideri Kim Çen Indan başqa, Çinin Baş naziri Li Qianq, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev və Vyetnam Kommunist Partiyasının lideri To Lam da iştirak edib.

Paradın gedişatında müxtəlif hərbi texnikalar və Şimali Koreyanın ən inkişaf etmiş qitələrarası ballistik raketi “Hwasong-20” nümayiş etdirilib.

Qeyd edək ki, nüvə başlığı daşımağa qadir olan bu raket ABŞ-ın istənilən nöqtəsini hədəfə almaq qabiliyyətinə malikdir.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər