Şimali Koreya əsgərləri Cənubi Koreyaya keçdi - ATƏŞ AÇILDI

Şimali Koreya əsgərləri Cənubi Koreyaya keçdi - ATƏŞ AÇILDI
16.08.2026 12:56 Dünya

Şimali Koreya hərbçiləri Koreya Respublikasının ərazisinə keçib və Cənubi Koreya hərbçilərinin xəbərdarlıq atəşindən sonra öz ərazilərinə geri qayıdıblar.

TodayPress TV xəbər verir ki, “Yonhap” xəbər agentliyinin məlumatına görə, hadisənin sərhəd bölgəsində patrul xidməti zamanı baş verdiyi ehtimal olunur.

Cənubi Koreya Silahlı Qüvvələri Şimali Koreya əsgərlərinin geri çəkilməsindən sonra ərazidə hər hansı qeyri-adi aktivlik müşahidə etməyib.

Hadisə Koreya yarımadasında gərginliyin davam etdiyi bir vaxtda baş verib.

Kübra Musayeva

XƏBƏR LENTİ
16 AVQUST 2026
Bütün Xəbərlər