Si Cinpin Hörmüz boğazında gəmiçiliyin bərpasına çağırdı
Dünya
20.04.2026 16:14
Çin Prezidenti Si Cinpin Hörmüz boğazında normal gəmiçiliyin bərpa olunmasının vacibliyini vurğulayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
O, bunun həm region ölkələrinin, həm də beynəlxalq ictimaiyyətin maraqlarına uyğun olduğunu bildirib.
Çin lideri çıxışında mehriban qonşuluq, inkişaf, təhlükəsizlik və əməkdaşlıq prinsiplərinə sadiq qaldıqlarını qeyd edib. Onun sözlərinə görə, region ölkələri öz gələcəklərini özləri müəyyən etməli və davamlı sülhə nail olmaq üçün birlikdə çalışmalıdır.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyi Hörmüz boğazını kommersiya gəmiçiliyi üçün açmaq qərarını açıqlayıb. Bu addım Hörmüz boğazı ətrafında gərginliyin azalması və bölgədə əldə olunan atəşkəs razılaşması ilə əlaqələndirilir.
Məlumata görə, hərbi gəmilərin boğazdan keçməsi hələ də qadağandır. ABŞ rəsmiləri bu addımı müsbət qiymətləndirsə də, ölkənin hərbi-dəniz qüvvələrinin İran limanlarına qarşı blokada siyasətini davam etdirəcəyi bildirilib.
Türkan İsgəndərli
tag: Çin,Hörmüz,Gəmi,İran,Todaypress.tv,
