Si Cinpin: "Birtərəfli təhdid beynəlxalq nizamı sarsıdır"

Dünya

05.01.2026 12:21

Birtərəfli təhdid və güc tətbiqi beynəlxalq nizamı sarsıdır.

TodayPress TV xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si CinpinSi Cinpin bildirib. 

O vurğulayıb ki, bütün ölkələr digər ölkələrin seçdiyi inkişaf yoluna hörmət etməli, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə riayət etməlidirlər.

Si Cinpin Çinin çoxtərəfliliyi dəstəklədiyini və beynəlxalq ədalətin tərəfdarı olduğunu qeyd edib.

Çin Xarici İşlər Nazirliyi ABŞ-nin Venesuelaya qarşı əməliyyatını pisləyərək, bunun Latın Amerikası və Karib dənizində sülh və təhlükəsizliyə təhdid yaratdığını bildirib.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelaya hücum edərək Prezident Nikolas Maduro və həyat yoldaşını həbs edib. Hazırda ölkədə vitse-prezident Delsi Rodriges müvəqqəti prezident vəzifəsini icra edir

Jalə Rövşən

TodayPress TV

tag: BMT,ABŞ,Venesuela ,Si Cinpin ,Todaypress.tv,