Səudiyyə və Suriya birgə aviaşirkət yaradır
Səudiyyə Ərəbistanının və Suriyanın birgə investisiyaları ilə yeni aviaşirkət təsis edilib.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Səudiyyə Ərəbistanının “Flynas” şirkəti ilə Suriya Mülki Aviasiyası təşkilatı arasında saziş imzalanıb.
“Nas Suriya” adlanacaq yeni şirkətdə Suriya tərəfi 51 faiz, “Flynas” isə 49 faiz paya sahib olacaq. Aviaşirkətin 2026-cı ilin son rübündə fəaliyyətə başlaması gözlənilir.
Jalə Rövşən