Səudiyyə Ərəbistanının istehsal gücü kəskin azaldı
İran qüvvələrinin Səudiyyə Ərəbistanının enerji obyektlərinə endirdiyi zərbələr krallığın gündəlik istehsal gücünü 600 min barel azaldıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
"İranın son vaxtlar həyata keçirdiyi çoxsaylı hücumlar istehsal gücünü gün ərzində 600 min barel azaldıb", - deyə nazirlik rəsmisi bildirib.
O əlavə edib ki, krallıqda bir neçə enerji obyektinin işi dayandırılıb və əgər hücumlar davam edərsə, bu, tədarük çatışmazlığına, istehsalın bərpası prosesinin ciddi şəkildə gecikməsinə səbəb olacaq.
Aysel Mətləb