Səudiyyə Ərəbistanı İraq səfirinə etirazını bildirdi

Səudiyyə Ərəbistanı İraq səfirinə etirazını bildirdi
12.04.2026 22:14 Dünya

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İraqın krallıqdakı səfiri Safia Taleb əl-Suheylini çağıraraq etirazını bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Buna səbəb səfirin Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrini İraq ərazisindən atəşə tutmaqda ittiham etməsi olub.

Nazirliyin yaydığı məlumata görə, görüş zamanı siyasi məsələlər üzrə nazir müavini Səud əl-Sati İraq hakimiyyətinin bu cür təhdid və hücumlara qarşı məsuliyyətli mövqe sərgiləməsinin vacibliyini vurğulayıb.

Bundan əvvəl, aprelin 8-də ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşdırılıb. Razılaşmaya əsasən, Tehran Hörmüz boğazını gəmiçilik üçün açmağa razılıq verib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Buna cavab olaraq Tehran İsrailə, eləcə də Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri ərazisində yerləşən ABŞ bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Həmçinin, İranın bir müddət dünya neft daşımalarının mühüm hissəsinin keçdiyi Hörmüz boğazını bağladığı və Körfəz ölkələrində neft infrastrukturuna hücumlar etdiyi barədə məlumatlar yayılıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Bütün Xəbərlər