Səudiyyə Ərəbistanı İranın hücumlarını "ən kəskin şəkildə" pislədi

Səudiyyə Ərəbistanı İranın hücumlarını "ən kəskin şəkildə" pislədi
06.06.2026 22:30 Dünya

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İranın Bəhreyn və Küveytə qarşı son hücumlarını “ən kəskin şəkildə” pisləyən bəyanat yayıb.

TodayPress TV xəbər verir ki, bəyanatda bu “bədxah” zərbələrin Körfəzin hər iki dövlətinin suverenliyini pozduğu bildirilib və “beynəlxalq təhlükəsizliyə təhdid” kimi qiymətləndirilib.

“İranın hücumlarını davam etdirməsi gərginliyin daha da artması deməkdir ki, bu da regionu daha böyük ixtilaflara sürükləyir, təhlükəsizlik və sabitliyə xələl gətirir”, - deyə sənəddə qeyd olunub.

Nazirlik əlavə edib ki, Səudiyyə Ərəbistanı öz suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün Bəhreyn və Küveytin atacağı hər bir addıma tam dəstəyini bir daha ifadə edir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər