Səudiyyə Ərəbistanı bəzi istiqamətlər üzrə uçuşları bərpa edir

Dünya

10.04.2026 02:22

“Səudiyyə Hava Yolları” (Saudia Airlines) şirkəti aprelin 11-dən etibarən bəzi istiqamətlər üzrə uçuşları qismən bərpa edir.

TodayPress TV xəbər verir ki, bu çərçivədə Dubay, Əbu-Dabi və Əmman şəhərlərinə və əksinə istiqamətlər üzrə gündəlik reyslərin həyata keçirilməsi planlaşdırılır.

Şirkət sərnişinlərə hava limanına yollanmadan əvvəl uçuşlarının statusunu yoxlamağı tövsiyə edib. Eyni zamanda, əlavə yeniliklərin rəsmi kommunikasiya kanalları vasitəsilə açıqlanacağı bildirilib.

TodayPress TV

tag: “Səudiyyə Hava Yolları”, Uşuş, Təyyarə, todaypress.tv,