Səudiyyə Ərəbistanı ABŞ-nin İrana zərbələrinə qoşula bilər
Dünya
24.03.2026 10:30
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ölkənin ABŞ-nin İrana qarşı zərbələrinə qoşulması ilə bağlı qərar verə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, mənbələrdən biri krallığın müharibəyə qoşulmasının yalnız zaman məsələsi olduğunu bildirib.
Bildirilir ki, münaqişə başlamazdan əvvəl Ər-Riyad öz ərazisi və hava məkanının İrana qarşı zərbələr üçün istifadəsinə icazə vermirdi. Lakin son vaxtlar Səudiyyə Ərəbistanının ölkənin qərbində yerləşən Kral Fahd aviabazasından ABŞ hərbçilərinin istifadəsinə icazə verdiyi qeyd olunur.
Qeyd edək ki, 21 martda İran Hind okeanındakı Dieqo-Qarsiya adasında yerləşən ABŞ-Böyük Britaniya bazasına ballistik raketlərlə zərbə endirib.
Bundan əvvəl isə İranın Hörmüz boğazında yeni hüquqi rejim formalaşdırmağı planlaşdırdığı və ABŞ ilə İsrailə qarşı mübarizəni reparasiya və təhlükəsizlik zəmanətləri əldə olunana qədər davam etdirəcəyi bildirilib.
Qiymət Mahir
tag: Səudiyyə Ərəbistanı,Məhəmməd bin Salman,ABŞ,İran,TodayPress TV,
