Serbiya qazı Avropada ən sərfəli şərtlərlə aldığını bəyan etdi

Dünya

29.04.2026 00:45

Serbiya bu gün təbii qazı Avropada ən sərfəli şərtlərlə əldə edir.

TodayPress TV xəbər verir ki, bu barədə Qafqaz İnvestisiya Forumunun plenar sessiyasında Serbiya hökumətinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə naziri Nenad Popoviç məlumat verib.

"Digər tərəfdən, energetika bizim üçün Rusiya Federasiyası ilə əməkdaşlığın çox mühüm elementidir. Bu gün investisiya baxımından çox cəlbedici ölkə olan Serbiya, məhz bunun sayəsində Rusiya Federasiyasından enerji resurslarını ən yaxşı qiymətlərlə alır. Həqiqətən də, iki prezidentin - Rusiya Prezidenti Vladimir Putinin və Serbia Prezidenti Aleksandr Vuçiçin razılaşması sayəsində Serbiya Avropada ən ucuz qazı əldə edir. Ən ucuz və ən yaxşı şərtlərlə", - deyə o bildirib.

Nazir əlavə edib ki, Serbiya eyni zamanda etibarlı qaz tədarükünə malikdir. Popoviç qeyd edib ki, hazırda Almaniya və Avstriya qazı Serbiyadan 3-5 dəfə baha qiymətə alırlar.

Aysel Mətləb

TodayPress TV

tag: Serbia,Qaz,Avropa,Rusiya,TodayPress TV,