Serbiya Ordusu yeni vasitələrini təqdim etdi

Serbiya Ordusu yeni vasitələrini təqdim etdi
28.06.2026 14:00 Dünya

Batajnitsadakı "Polkovnik-pilot Milenko Pavloviç" hərbi aerodromunda Serbiya Ordusunun yeni, modernləşdirilmiş vasitə və sistemlərinin təqdimatı keçirilib.

TodayPress TV "Report"a istinadən xəbər verir ki, tədbirdə Serbiya Prezidenti Aleksandar Vuçiç iştirak edib.

A.Vuçiçi müdafiə naziri Bratislav Qaşiç və Serbiya Ordusunun Baş Qərargah rəisi, general Milan Moysiloviç qarşılayıblar.

Təqdimat çərçivəsində Serbiyanın müdafiə sənayesində hazırlanmış yeni vasitələr, eləcə də ölkənin müasir silah və hərbi texnikası nümayiş etdirilib. Bunların arasında döyüş sursatları ilə təchiz olunmuş MiQ-29 və "Orao" təyyarələri, H145 helikopterləri, müxtəlif pilotsuz uçuş aparatları, raket buraxılış qurğuları və atıcı silahlar yer alır.

TodayPress TV 

XƏBƏR LENTİ
28 IYUN 2026
Bütün Xəbərlər