SEPAH hakimiyyəti tamamilə ələ keçirdi - Əraqçi və digərləri şantaj edildi

Dünya

20.04.2026 11:13

İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ  Prezidenti Donald Tramp arasında Hörmüz boğazının açılması ilə bağlı razılaşma əldə edildiyi bildirilir.

TodayPress TV "Associated Press" ə istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu bu təşəbbüsə qarşı çıxıb.

Məlumatlara görə, qurumun mövqeyi nəticəsində razılaşmanın icrası dayanıb.

Analitiklərin fikrincə, Əraqçinin qərarı hökumət daxilində müzakirə yolu ilə deyil, sərt xətt tərəfdarlarının birbaşa müdaxiləsi ilə təsirsiz hala gətirilib. Bildirilir ki, bu mövqeni nümayiş etdirmək üçün həftəsonu bölgədə üç gəminin hədəfə alındığı iddia olunur.

Müşahidəçilər qeyd edirlər ki, hazırda İslam İnqilabı Keşikçiləri Korpusu yalnız hərbi sahədə deyil, eyni zamanda danışıqlar prosesində də həlledici rol oynayır. Bu isə Tehranda diplomatik kanalların zəiflədiyini göstərir.

Qeyd edək ki, Beynəlxalq dəniz daşımaları sahəsində fəaliyyət göstərənlər, xüsusilə neft tankeri operatorları, bölgədəki vəziyyəti diqqətlə izləyir.

Jalə Rövşən 

TodayPress TV

tag: Hörmüz,Abbas Əraqçi ,Donald Tramp, İslam İnqilabı Keşikçiləri Korpusu,Todaypress.tv,