SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutdu

SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutdu
21.07.2026 10:29 Dünya

ABŞ-nin “Amazon” şirkətinin Bəhreyndə məlumatlar mərkəzinin infrastrukturu atəşə tutulub.

TodayPress TV xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.

“ABŞ ordusunun İranın tikilməkdə olan qeyri-hərbi obyekti “Darxovin” Atom Elektrik Stansiyasına hərbi hava hücumlarına cavab olaraq ABŞ-nin “Amazon” Şirkətinin Bəhreyndə məlumatlar mərkəzinin infrastrukturu atəşə tutulub və məhv edilib”, -deyə məlumatda bildirilir.

SEPAH hücumların bir neçə ədəd “Kruz” raketi ilə həyata keçirildiyini bildirib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər