Səkkiz ölkədən İsrailə REAKSİYA
Türkiyə, Misir, İndoneziya, İordaniya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirləri İsrailin Qəzza Planını həyata keçirməkdən imtina etməsi ilə bağlı açıqlama yayıb.
TodayPress TV xəbər verir ki, nazirlər İsrailin BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsi ilə təsdiqlənən Trampın Qəzza Planının həyata keçirilməsini başa çatdırmağa yönəlmiş yol xəritəsini və Fələstin Dövlətini rədd etməsini pisləyib.
Nazirlər İsrailin bu mövqeyinin Qəzza Planının həyata keçirilməsini birbaşa təhlükə altına atdığını, bununla yanaşı, ədalətli və davamlı sülhün təmin olunmasına yönəlmiş birgə səyləri də kökündən sarsıtdığını qeyd ediblər.
Aysel Mətləb