Sançes: "Yaxın Şərq münaqişəsi İraq müharibəsindən betərdir"
Dünya
25.03.2026 17:13
İspaniyanın Baş naziri Pedro Sançes Yaxın Şərqdəki münaqişənin İraq müharibəsindən daha ağır olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, parlamentin aşağı palatasında çıxışı zamanı “El Spain” nəşrinə istinadən danışıb.
Sançes qeyd edib ki, İspaniya vaxtilə İraq müharibəsinə keçmiş Baş nazir Xose Mariya Asnarın qərarı ilə cəlb olunmuşdu.
Onun sözlərinə görə, bu qərarın arxasında ABŞ-nin o zamankı Prezidenti Corc Buşun dəstəyini qazanmaq istəyi dayanırdı.
İspaniya hökumətinin başçısı vurğulayıb ki, İraq müharibəsinin nəticələrini xatırlamaq vacibdir ki, eyni səhvlər təkrarlanmasın.
Sançes əlavə edib ki, İranda baş verən hazırkı böhran tezliklə sona çata bilər, lakin “İraq kabusu" daha böyük miqyasda təkrarlana bilər.
O, həmçinin ABŞ və İsrailin İrana zərbələrini pislədiyini bildirib və qeyd edib ki, İspaniya öz hərbi bazalarının bu əməliyyatlarda istifadəsinə icazə verməyib.
Baş nazir vurğulayıb ki, ölkəsi sülhə zidd addımların şəriki olmayacaq, hətta Vaşinqtonun mümkün təzyiqlərinə baxmayaraq.
Qiymət Mahir
tag: İspaniya,Pedro Sançes ,Yaxın Şərq,İraq ,TodayPress TV,
