Samuel Eto'O diskvalifikasiya edildi və cərimələndi

Samuel Eto'O diskvalifikasiya edildi və cərimələndi
15.01.2026 23:50 Dünya

Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'O Afrika Millətlər Kubokunun 1/4 finalında Kamerun milli komandasının Mərakeş yığmasına 0:2 hesabı ilə uduzduğu matçda qeyri-idman hərəkətinə görə dörd oyunluq cəzalandırılıb.

TodayPress TV  bu barədə "The Athletic" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Eto'O 2021-ci ildən Afrika Futbol Konfederasiyasına (CAF) rəhbərlik edən cənubi afrikalı iş adamı, filantrop və idman funksioneri Patris Motsepenin yanında hakimlərin qərarlarına narazılıq əlaməti olaraq qəzəbli jest edib.

CAF-ın İntizam Komissiyası 44 yaşlı Eto'Onu idman davranışı prinsiplərini pozmaqda təqsirli bilərək ona diskvalifikasiya edib və ona 20 min dollar məbləğində cərimə tətbiq olunub.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər