Şahbaz Şərifdən Şimali Kiprlə bağlı diqqətçəkən AÇIQLAMA - VİDEO
Pakistanın Baş naziri Şahbaz Şərif bildirib ki, İslamabad Türkiyənin Şimali Kipr Türk Respublikası ilə bağlı mövqeyini qətiyyətlə dəstəkləməyə davam edəcək.
TodayPress TV xəbər verir ki, o, Pakistanın bu mövqeyi uzun illərdir ardıcıl şəkildə müdafiə etdiyini qeyd edib.
Şahbaz Şərif, həmçinin Türkiyəyə Cammu və Kəşmir xalqına, eləcə də onların öz müqəddəratını təyin etmə hüququna göstərdiyi prinsipial və dəyişməz dəstəyə görə dərin minnətdarlığını ifadə edib.
Kübra Musayeva