Sağlam qulağını əməliyyat etdilər! - Xəstəxanada dəhşətli həkim səhvi

Sağlam qulağını əməliyyat etdilər! - Xəstəxanada dəhşətli həkim səhvi
29.09.2026 07:50 Dünya

İstanbulda xəstəlik olan qulaq əvəzinə sağlam qulağı əməliyyat edilən kişi xəstəxananı məhkəməyə verib.

TodayPress TV xəbər verir ki, bu barədə “Aksam” məlumat yayıb.

Məlumata görə, Türkiyə vətəndaşı Murat Tarakçı qulağında ağrı şikayəti ilə İstanbulun Tuzla rayonundakı universitet xəstəxanasına müraciət edib. Müayinə zamanı onun sağ orta qulağında maye yığılması aşkarlanıb və həkimlər əməliyyat qərarı veriblər.

Anesteziyadan ayıldıqdan sonra sol qulağında güclü ağrı hiss edən kişi həkimlərin səhvən sağlam qulağını əməliyyat etdiyini anlayıb.

Həmin gün xəstəyə ümumi anesteziya altında ikinci əməliyyat keçirilib və həkimlərin səhvi düzəldilib.

Lakin iki əməliyyatdan sonra Tarakçı qulaqlarında davamlı küy və cingilti və eşitmə qabiliyyətinin azalması ilə bağlı problemlərdən şikayətlənib.

Zərərçəkən məhkəməyə müraciət edib. Onun vəkili bildirib ki, araşdırmanın aparılması üçün Türkiyə Səhiyyə Nazirliyinin icazəsini gözləyirlər.

Klinika rəhbərliyi ilə aparılan danışıqlar nəticə verməyib. Xəstəxana isə hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər