ABŞ sanksiyaları yumşaldır, İran uranı dayandırır - İDDİA
İran ABŞ tərəfindən sanksiya rejiminin yumşaldılması müqabilində uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb.
TodayPress TV xəbər verir ki, bu iddia ilə "Al Hadath" telekanalı çıxış edib.
Kanalın Pakistandakı mənbələrinin məlumatına görə, buna İran-ABŞ danışıqlarındakı vasitəçilər köməklik göstəriblər. İranın rəsmi şəxsləri "Al Hadath"ın məlumatını hələlik şərh etməyiblər.
"Axios" portalının və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid ABŞ rəsmisinə istinadən bildirib ki, Tramp Tehranın İslam Respublikasının nüvə proqramı ilə bağlı Amerika tələblərini yerinə yetirməsi müqabilində İrana qarşı sanksiyaları yumşaltmağa və onun dondurulmuş aktivlərini blokdan çıxarmağa hazırdır.
Aysel Mətləb