Pentaqon hərəkətə keçdi - Əsas silah süni intellekt olacaq

Pentaqon hərəkətə keçdi - Əsas silah süni intellekt olacaq
29.09.2026 01:31 Dünya

ABŞ Müdafiə Nazirliyi (Pentaqonu) seçkiləri xarici kiber təhdidlərdən qorumaq üçün tədbirləri gücləndirəcək.

TodayPress TV xəbər verir ki, “Axios”un məlumatına görə, ABŞ müdafiə naziri Pit Heqset Pentaqona noyabrda keçiriləcək aralıq seçkilərə xarici müdaxiləni müəyyənləşdirmək, qarşısını almaq və neytrallaşdırmaq üçün “qabaqcıl kəşfiyyat və kibermüdafiə imkanlarından” istifadə etmək barədə göstəriş verib.

Sentyabrın 22-də imzalanan memorandumda ABŞ Kibermüharibə Komandanlığına və Müdafiə Nazirliyinin kəşfiyyat strukturlarına seçkilərə yönələ biləcək xarici təhdidlərə prioritet vermək, mümkün müdaxilələrlə bağlı kəşfiyyat məlumatları toplamaq və seçki infrastrukturuna qarşı kiberhücumların qarşısının alınması üçün Daxili Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq etmək tapşırılıb.

Direktiv hərbçilərin seçki məntəqələrində yerləşdirilməsinə icazə vermir.

Rəsmi şəxslərin sözlərinə görə, bu iş çərçivəsində Pentaqonun “bu günə qədər ən qabaqcıl süni intellekt imkanlarından” da istifadə olunacaq.

Kübra Musayeva

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər