Rusiya səfərbərliyə başladı: 10 minlik qüvvə gəlir
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın faktiki olaraq əlavə səfərbərliyə başladığını bildirib.
TodayPress TV xəbər verir ki, Zelenski bunu hərbi kəşfiyyatın məruzəsindən sonra etdiyi videomüraciətdə deyib.
Onun sözlərinə görə, Rusiya müxtəlif üsullarla orduya cəlb etdiyi insanların sayını artırır və xarici vətəndaşların hərbi xidmətə cəlbini də genişləndirməyi planlaşdırır.
Zelenski həmçinin Rusiyaya Şimali Koreyadan hərbçilərin gətirilməsi ilə bağlı yeni məlumatların əldə edildiyini bildirib. Onun sözlərinə görə, hazırda Rusiya ərazisində 8 mindən çox Şimali Koreya hərbçisi var.
Ukrayna lideri əlavə olaraq daha 10 min Şimali Koreya hərbçisinin Rusiyaya göndərilməsinin hazırlandığını qeyd edib.
Kübra Musayeva