Tramp İran iddiasını yalanladı: “Axios”u məhkəməyə verdi
ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların yüngülləşdirilməsi və dondurulmuş İran aktivlərinin azad edilməsi ilə bağlı təklif irəli sürdüyü barədə xəbərləri təkzib edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.
Onun sözlərinə görə, “Axios” onun İrana bu istiqamətdə hər hansı təklif etdiyini yazıb. ABŞ lideri məlumatın doğru olmadığını vurğulayıb.
O, həmçinin nəşri yalan məlumat yaymaqda ittiham edib və sözügedən materialın silinməsini tələb edib.
Türkan İsgəndərli