İstanbul hava limanında İrana uçan təyyarəyə həbs qoyuldu

İstanbul hava limanında İrana uçan təyyarəyə həbs qoyuldu
29.09.2026 08:57 Dünya

İstanbul Hava Limanından İrana uçuş həyata keçirən “Caspian Airlines” şirkətinə məxsus təyyarə borca görə saxlanılıb.

TodayPress TV xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, aviaşirkətin bir müşahidə şirkətinə 3 milyon avro borcu ilə bağlı hüquqi proses başladılıb.

Borcunu tələb edən şirkətin vəkilləri və icra məmurları İstanbul Hava Limanına gələrək İrana uçuşa hazırlaşan, EP-KPB qeydiyyat nömrəli təyyarənin havaya qalxmasına icazə verilməməsini istəyiblər.

Bundan sonra icra məmurları sərnişinlərin təyyarədən endirilməsini tələb edib. Sərnişinlər terminala aparılıb, təyyarəyə isə həbs qoyulub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər